MN: ​Ermənilər Tərtərin yaşayış məntəqəsini 120 millimetrlik minaatanlardan atəşə tutur

MN: ​Ermənilər Tərtərin yaşayış məntəqəsini 120 millimetrlik minaatanlardan atəşə tutur Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir
Qarabağ
13 May , 2016 19:06
MN: ​Ermənilər Tərtərin yaşayış məntəqəsini 120 millimetrlik minaatanlardan atəşə tutur

Bakı. 13 may. REPORT.AZ/ Mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlanıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

"Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Son xəbərlər

Orphus sistemi