Ermənilər Tərtərdə məktəbə top mərmisi atıb

Ermənilər Tərtərdə məktəbə top mərmisi atıb Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri ötən gecə - oktybarın 17-də Tərtər rayon ərazisini növbəti dəfə atəşə tutub.
Dağlıq Qarabağ münaqişəsi
21630
18 Oktyabr , 2020 14:58
Ermənilər Tərtərdə məktəbə top mərmisi atıb
0 : 00
0 : 00

Video əlavə olunub

11:43

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gecə - oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmənin növbəti dəfə atdığı top mərmisi şəhər ərazisində yerləşən tam orta məktəbinin qarşısına düşüb.

"Report"un əməkdaşı ilə söhbəti zamanı məktəb direktoru qeyd edib ki, oktyabrın 17-si saat 21 radələrində düşmən şəhər ərazisini atəşə tutub: "Mərminin biri məktəbin qarşısına düşüb. 10-dan çox sinif otağına ziyan dəyib. Otaqların pəncərələri sınıb, divarlar dağılıb".

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutması nəticəsində bir neçə evə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi