Ermənilər snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 124 dəfə pozub

Ermənilər snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 124 dəfə pozub Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Qarabağ
10 Mart , 2017 09:40
Ermənilər snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 124 dəfə pozub

Bakı. 10 mart. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 124 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi