Ermənilər seçki keçirilən kəndi atəşə tutub

Ermənilər seçki keçirilən kəndi atəşə tutub “Lakin bu, bizim seçki əhvalımızı pozmayıb”
Qarabağ
1 Noyabr , 2015 14:02
Ermənilər seçki keçirilən kəndi atəşə tutub

Bakı. 1 noyabr. REPORT.AZ/ Tərtər rayonunun təmas xəttinə yaxın Qaradağlı kəndində yerləşən 95 saylı Tərtər Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində Milli Məclisə seçkilərdə səsvermə davam edir. “Report”un xəbərinə görə, burada iki - Qaradağlı və Qapanlı kəndlərinin əhalisi səs verir.

Sakinlər “Report”a bildirib ki, səhər saatlarında erməni silahlı bölmələri kəndi atəşə tutub: “Lakin bu, bizim seçki əhvalımızı pozmayıb”.

Qeyd edək ki, kənddə keçirilən səsverməni 12 yerli müşahidəçi izləyir.

Son xəbərlər

Orphus sistemi