Ermənilər atəşkəs rejimini 118 dəfə pozublar

Ermənilər atəşkəs rejimini 118 dəfə pozublar Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
27 Dekabr , 2017 09:25
Ermənilər atəşkəs rejimini 118 dəfə pozublar

Bakı. 27 dekabr. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi