Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 60 mülki şəxs qətlə yetirilib, 270 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 704-dir.