Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 25 dəfə pozub

Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 25 dəfə pozub Bəzi yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
Qarabağ
11 İyun , 2016 09:07
Erməni silahlı bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 25 dəfə pozub

Bakı. 11 iyun. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi