Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub Atəşkəs rejimi 28 dəfə pozulub
Qarabağ
21 Oktyabr , 2016 09:18
Erməni silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi