Erməni əsgərləri hərbi avtomobilləri döyüş bölgəsində qoyub qaçırlar

Erməni əsgərləri hərbi avtomobilləri döyüş bölgəsində qoyub qaçırlar Erməni silahlılarının hücumlarının qarşısını almaq məqsədi ilə Azərbaycan Ordusunun hərbçiləri düşmənə artileriya qurğularından sarsıdıcı zərbələr endirib.
Qarabağ
1 Oktyabr , 2020 20:42
Erməni əsgərləri hərbi avtomobilləri döyüş bölgəsində qoyub qaçırlar

Erməni silahlılarının hücumlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri düşmənə sarsıdıcı artilleriya zərbələri endirib.

“Report”un Qarabağ Mərkəzinin cəbhə xəttinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, cavab zərbələrinə tab gətirə bilməyən düşmən hərbi təyinatlı avtomobilini atıb və mövqelərini tərk edərək qaçıblar.

Düşmənin döyüş meydanında qoyaraq qaçdığı “Ural” markalı hərbi təyinatlı avtomobil Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib.

Qeyd edək ki, hərbi avtomobil işlək vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi