Ərdoğan: "Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq"

Ərdoğan: "Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq" Türkiyə prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylər hələ də nəticəsiz qalıb"
Qarabağ
1 Mart , 2017 10:18
Ərdoğan: Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq

Bakı. 1 mart. REPORT.AZ/ "Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışarkən deyib.

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir davam etdiyini və münaqişənin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylərin hələ də nəticəsiz qaldığını xatırladan R.T.Ərdoğan İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi ilə ciddi nəticələr əldə etməyin mümkün olduğunu bildirib.

O, çıxışı zamanı həmçinin Əfqanıstanda terror məsələsinə də toxunub. Ərdoğan bu ölkədə terrora qalib gəlmək üçün bütün qüvvələri birləşməyə çağırıb.

"Türkiyə YPG, PKK, FETÖ və s. kimi terror təşkilatlarına qarşı mübarizə aparır. Terrorun qarşısını birdəfəlik almalıyıq", - deyə, Türkiyə prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi