Ərdoğan: "BMT və Minsk qrupu üçlüyünün Azərbaycan torpaqlarını işğaldan qurtarmamasını anlamırıq"

Ərdoğan: "BMT və Minsk qrupu üçlüyünün Azərbaycan torpaqlarını işğaldan qurtarmamasını anlamırıq" Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi İstanbul Bəyannaməsində əksini tapıb
Qarabağ
15 Aprel , 2016 15:42
Ərdoğan: BMT və Minsk qrupu üçlüyünün Azərbaycan torpaqlarını işğaldan qurtarmamasını anlamırıq

Bakı. 15 aprel. REPORT.AZ/ "BMT və ATƏT-in Minsk qrupu həmsədrlərinin 25 ilə yaxındır Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan qurtarmasını başa çatdırmamasını anlamırıq".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə toplantısından sonra mətbuata açıqlamasında bildirib. Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi də sammitin yekununda qəbul edilən İstanbul Bəyannaməsində öz əksini tapıb.

"İslam dünyasınının böyük üç problemi var: məzhəbçilik, irqçilik və terror. Məzhəbçilikdə ölən müsəlman "Allahu əkbər!" deyərək ölür, öldürən də "Allahu əkbər!" deyərək öldürür. Bu necə müsəlmanlıqdır? Biz məzhəbçilik baxımından nə şiə, nə sünniyik. Bizim bir dinimiz var: İslam. Başqalarına da hörmətimiz var. Ancaq İslamı əsla mübahisə mövzusuna çevirmərik", - deyə o vurğulayıb.

Türkiyə prezidenti təşkilatın qadın qanadının yaranmasının vacibliyini də bildirib.

İstanbulda keçirilən İƏT-in XIII Zirvə toplantısı bu gün başa çatıb.

Son xəbərlər

Orphus sistemi