Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Milanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşlərin çox faydalı olduğunu hesab edirəm"

    Bakı. 6 dekabr. REPORT.AZ/ "Dünən Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşlərim baş tutub. Çox intensiv məsləhətləşmələr oldu, çox mühüm fikir mübadiləsi aparıldı. Bu görüşləri çox faydalı hesab edirəm".

    "Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Milanda (İtaliya) ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib.

    XİN başçısının sözlərinə görə, uzun illər ərzində ilk dəfə tərəflər görüşün yekunlarına dair bəyanatın mətni ilə bağlı razılaşa biliblər: "Regionda sülh və rifahın yaradılması üzrə imkanları artırmaq üçün gələn il nizamlama prosesində sıçrayış etməliyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi