Elmar Məmmədyarov: "Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər"

Elmar Məmmədyarov: "Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər" Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri may ayının sonunda regiona səfər edəcəklər.
Qarabağ
14 May , 2019 15:26
Elmar Məmmədyarov: Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov / Report/ Elchin Murad

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri may ayının sonunda regiona səfər edəcəklər.

Bu barədə “Report”a Brüsseldə Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Hələlik həmsədrlərin regiona ayın sonunda gələcəyini düşünürük, bunu sonra ətraflı müzakirə edəcəyik. İndi gündəmdə nazirlərin görüşü var, amma bunu hazırlamaq lazımdır. Əvvəl də dediyim kimi, həmsədr ölkələrindən biri tərəfindən nazirlər səviyyəsində görüş keçirtmək barədə təklif verilmişdi və bu görüşə hazırlıq görülməlidir”, - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi