​Azərbaycanın XİN rəhbəri: "Status məsələsi hal-hazırda həll oluna bilməz"

​Azərbaycanın XİN rəhbəri: "Status məsələsi hal-hazırda həll oluna bilməz" "Addım-addım biz regionda münasibətlərin yaradılmasına nail ola bilərik"
Qarabağ
10 İyul , 2015 17:53
​Azərbaycanın XİN rəhbəri: Status məsələsi hal-hazırda həll oluna bilməz

Bakı. 10 iyul. REPORT.AZ/Dağlıq Qarabağmünaqişəsinin nizamlanması məsələsində Azərbaycanın mövqeyi aydındır və birmənalıdır. Kompromiss kimi, biz Dağlıq Qarabağ məsələsini ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə edə bilərik."

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovbildirib.

Bununla yanaşı, xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, status məsələsi hal-hazırda həll oluna bilməz. Buna görə də, o, qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb, məhz bundan sonra yerli əhali öz doğma yurd-yuvasına, eləcə də, Dağlıq Qarabağa bitişik olan rayonlardakı ev-eşiklərinə qayıda bilər və qarşı tərəflə ünsiyyət qurula bilər: "Bununla yanaşı, addım-addım, biz regionda münasibətlərin yaradılmasına nail ola bilərik."

Nazir qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də, Azərbaycan tərəfi münaqişənin nizamlanması istiqamətində addımlar atır və əsas məsələ odur ki, Ermənistan tərəfi də bu addımları atsın. 

Son xəbərlər

Orphus sistemi