Ekspert: "Regionun təhlükəsizliyi Qarabağ münaqişəsinin həllinə bağlıdır"

Ekspert: "Regionun təhlükəsizliyi Qarabağ münaqişəsinin həllinə bağlıdır" Cənubi Qafqaz regionunun təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.
Qarabağ
28 Fevral , 2020 16:52
Ekspert: Regionun təhlükəsizliyi Qarabağ münaqişəsinin həllinə bağlıdır

Cənubi Qafqaz regionunun təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə prezidentinin bu günlərdə Azərbaycana səfəri və Suriyadakı mövcud vəziyyətlə bağlı təşkil edilən Moskva – Bakı videobağlantısında “Baku Networks” ekspert şurasının rəhbəri Elxan Ələsgərov bildirib.

O həm Türkiyə, həm də Rusiya ilə isti əlaqələrə malik olan Azərbaycanın bu iki ölkənin də yaxınlaşmasında maraqlı olduğunu qeyd edib.

Ekspertin dediyinə görə, Azərbaycan ölkənin ərazi bütövlüyünü, suverenliyini qorumağa çalışan Suriya hökumətinin vəziyyətini çox yaxşı başa düşür: “Fikrimcə, mövcud vəziyyətdən çıxış yolu Astana və Soçi danışıqlar formatının bərpasından keçir. Biz də həm Rusiya, həm də Türkiyə ilə yaxşı münasibətlərimiz sayəsində bu prosesdə iştirak edə bilərik”.

Cənubi Qafqazdakı regional təhlükəsizlikdən danışan ekspert bununla bağlı Dağlıq Qarabağ münaqişəsinin həllinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Suriya kimi Azərbaycan da öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Bu məsələ sonsuzadək uzana bilməz, münaqişə həll olunmalıdır. Ermənistana da, Azərbaycana da, Gürcüstana da, ümumiyyətlə, bütün regiona təhlükəsizlik lazımdır”.

Rusiya Diplomatlar Assosiasiyasının sədri Andrey Baklanov isə Dağlıq Qarabağ münaqişəsinin mərhələ-mərhələ həll olunmasının vacibliyini qeyd edib: “Burada tələsməmək və addımları ardıcıl atmaq mühümdür. Əlverişli mühit yaradılmasa, irəliləyiş mümkün olmaz”.

Son xəbərlər

Orphus sistemi