Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi bəyanatlarla
Bu barədə “Report”a Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko N.Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasını şərh edərkən bildirib.
“Moskvadan baxanda Paşinyanın bəyanatı qəribə gəlir, çünki 2016-cı ilin iyun ayında Sankt-Peterburqda Qarabağ münaqişəsinin Rusiyanın vasitəçiliyilə həll olunmasına dair plan razılaşdırılmışdı”, - deyən ekspertin fikrincə, bu kimi bəyanatların məqsədi Rusiya tərəfini sərt cavab tədbirlərinə təhrik etməkdir.
“Əslində bu açıqlama 2016-cı ilin bütün razılaşmalarından geri çəkilmək deməkdir. Belə çıxır ki, Ermənistanın bu məsələdə bir-birinə daban-dabana zidd iki mövqeyi var. Məntiqlə o, Rusiyanın əsəbiləşəcəyinə, bununla da münaqişəyə dair görülən bütün işləri sıfırlamaq üçün gözəl fürsət ələ keçəcəyinə bel bağlayırdı”, - A.Fenenko bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da N.Paşinyanın bəyanatını şərh etmişdi.