Amerikalı ekspert: "Nikol Paşinyanın Qarabağa səfəri təxribat mahiyyəti daşıyır"

Amerikalı ekspert: "Nikol Paşinyanın Qarabağa səfəri təxribat mahiyyəti daşıyır" Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa baş çəkməsi sırf təxribat mahiyyəti daşıyaraq beynəlxalq hüquq normalarının tapdalanması deməkdir.
Qarabağ
7 Avqust , 2019 13:19
Amerikalı ekspert: Nikol Paşinyanın Qarabağa səfəri təxribat mahiyyəti daşıyır
Piter Teys

"Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa baş çəkməsi sırf təxribat mahiyyəti daşıyaraq beynəlxalq hüquq normalarının tapdalanması deməkdir".

Bunu “Report”a amerikalı politoloq  Piter Teys N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazisində keçirdikləri “panerməni oyunları”nın açılışında iştirakını şərh edərkən deyib.

Nikol Paşinyanın bu addımını “Ermənistanın faşist rəhbərliyi” tərəfindən Azərbaycana qarşı aparılan psixoloji müharibənin bir hissəsi olaraq dəyərləndirən ekspert Ermənistan hökuməti başçısının bununla beynəlxalq birliyi də, erməni xalqının üzləşdiyi iqtisadi və sosial problemləri də qulağardına vurduğu qənaətindədir.

“Gördüyümə görə, Ermənistan diplomatiyası ilə Azərbaycan xalqının doğma yurd-yuvalarına, Ermənistan hərbi qüvvələrindən azad olunaraq doğma torpaqlarına qayıtmaq arzusuna məhəl qoymayaraq hazırkı status-kvonu saxlamaq üçün əlindən gələni edir”, – amerikalı politoloq diqqətə çatdırıb.

O fikrini belə tamamlayıb: "Beynəlxalq birlik baş verənlərə müvafiq qiymət vermədikcə Azərbaycan torpaqları da Ermənistan hərbi qüvvələri tərəfindən işğal altında saxlanılır. Azərbaycanın suveren torpaqlarına Ermənistanın ordu yeritməsi dünya tarixinin ən azğın əməllərindən biridir”.

Son xəbərlər

Orphus sistemi