Əfqanıstan “ASAN Khedmat”dən Azərbaycana dəstək 

Əfqanıstan “ASAN Khedmat”dən Azərbaycana dəstək  Əfqanıstanın “ASAN Khedmat” qurumu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığı savaşa dəstəyini nümayiş etdirib.
Qarabağ
2 Oktyabr , 2020 17:04
Əfqanıstan “ASAN Khedmat”dən Azərbaycana dəstək 

Əfqanıstanın “ASAN Khedmat” qurumu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığı savaşa dəstəyini nümayiş etdirib.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, qurumun rəsmi “Twitter” səhifəsində paylaşdığı məlumatda deyilir: “Əfqanıstan heç vaxt sizin dəstəyinizi unutmayacaq. Sizinlə birlikdə bu çağırış qarşısında məğrurcasına dayanmışıq. Bu çətin zamanlarda siz yalnız deyilsiniz!”.

Twit Afghanistan_AsanKhedmat_Stands_By_Azerbaijan, AzerbaijanIsNotAlone, KarabakhisAzerbaijan, StopArmenianAgression həştəqləri ilə paylaşılıb. 

Əfqanıstanın “ASAN Khedmat” qurumu 2016-cı ildə dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modeli əsasında təsis olunub. Əfqanıstanda ilk “ASAN Khedmat” mərkəzi 2 yanvar 2019-cu il tarixində paytaxt Kabil şəhərində fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi