Düşmənin təxribat qrupunun üzvü: “Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində qaçdılar" - VİDEO

Düşmənin təxribat qrupunun üzvü: “Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində qaçdılar" - VİDEO “Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”
Qarabağ
21 İyun , 2017 15:36
Düşmənin təxribat qrupunun üzvü: “Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində qaçdılar - VİDEO

Bakı. 21 iyun. REPORT.AZ/ “Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu düşmənin ələ keçirilən təxribat qrupunun üzvü Zaver Karapetyan deyib. 

"Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.
Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik", -deyə o, bildirib. 
O qeyd edib ki, məqsədləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub: "Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.
Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”. 

Son xəbərlər

Orphus sistemi