Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb

Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb Ermənistan silahlı qüvvələrinjşin bölmələri Tərtər rayonu atəşə tutmaqda davam edir.
Qarabağ
26 Oktyabr , 2020 17:04
Düşmənin Tərtərə atdığı mərmi evi dağıdıb
0 : 00
0 : 00

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 25-də düşmən rayonun Düyərli kəndi ərazisini ağır artilleriya atəşinə tutub. Top mərmilərindən biri kənd sakini Elməddin Abbasovun evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Bu gün saat 15:30-da da Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Tərtər şəhərini növbəti dəfə toplardan atəşə tutub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub. Səhər saatlarından başlayaraq düşmən rayonun Qazyan kəndinə top mərmiləri ataraq dinc sakinləri hədəfə alıb.

Nəticədə kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib.

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi