Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub

Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub Əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub
Qarabağ
28 Fevral , 2017 11:55
Azərbaycan Müdafiə Nazirliyi: Düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuz şəhid olub

Bakı. 28 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Son xəbərlər

Orphus sistemi