MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub. Düşmənin atəşkəs rejimini
Qarabağ
13 İyul , 2020 16:53
MN: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan mövqelərimizi atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi