Düşmən Horadiz şəhərinə ciddi ziyan vurub

Düşmən Horadiz şəhərinə ciddi ziyan vurub Sentybarın 27-dən cəbhədə döyüşlərin başladığı gündən bəri düşmənin qərəzli şəkildə Azərbaycanın mülki obyektlərinə və dinc sakinlərinə qarşı təxribatı davam edir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Horadiz şəhərinə
Dağlıq Qarabağ münaqişəsi
13384
13 Oktyabr , 2020 21:19
Düşmən Horadiz şəhərinə ciddi ziyan vurub

Sentyabrın 27-də - cəbhədə döyüşlərin başladığı gündən bəri düşmənin qərəzli şəkildə Azərbaycanın mülki obyektlərinə və dinc sakinlərinə qarşı təxribatı davam edir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Horadiz şəhərinə də ciddi ziyan vurub.

"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, düşmənin ağır artilleriyadan istifadə edərək mülki obyektləri atəşə tutması nəticəsində Horadiz şəhərində xeyli sayda ev dağılıb.

Humanitar atəşkəs rejimi elan olunsa da, düşmən tərəfi daim atəşkəsi pozur, şəhər və kəndlərimizə mərmi yağdırır. Lakin buna baxmayaraq sakinlər şanlı Azərbaycan Ordusuna güvəndiklərini söyləyirlər. Onlar yaşadıqları evləri tərk etməyəcəklərini bildirirlər. Şəxsi təsərrüfatları ilə məşğul olan sakinlər qələbənin yaxında olduğuna ümidlidirlər.

Son xəbərlər

Orphus sistemi