Düşmən bu gün Tərtərə 69 top mərmisi atıb

Düşmən bu gün Tərtərə 69 top mərmisi atıb Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər şəhəri, ətraf qəsəbə və kəndləri atəşə tutub.
Qarabağ
31 Oktyabr , 2020 17:48
Düşmən bu gün Tərtərə 69 top mərmisi atıb

Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, ətraf qəsəbə və kəndləri atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Gün ərzində düşmən tərəfindən rayon ərazisinə ümumilikdə 69 top mərmisi atılıb.

Sentyabrın 27-dən oktyabrın 31-dək Ermənistan silahlı qüvvələrinin bölmələri rayon ərazisinə ümumilkdə 15 571 top mərmisi atıb, 17 nəfər ölüb, 54 nəfər yaralanıb.

Nəticədə 887 evə ziyan dəyib, 134 ev, 32 yardımçı tikili, 2 sosial ev, 1 çoxmənzilli yaşayış binası, 3 istehsal obyekti, 11 ticarət obyekti, 2 inzibati bina və 2 ictimai-iaşə obyekti tamamilə dağılıb.

Bundan başqa, 64 çoxmənzilli yaşayış binasına, 67 yardımçı tikiliyə, 25 sosial obyektə, 1 abidəyə, 8 istehsal obyektinə, 3 su təchizatı obyektinə, 1 istilik təchizatı obyektinə, 28 ticarət obyektinə, 5 xidmət sahəsinə, 17 inzibati binaya, 10 məzar daşına ziyan dəyib.

Foto/Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi