DSX: Ermənilərin yaraladığı əsgərin durumu yaxşılaşıb

DSX: Ermənilərin yaraladığı əsgərin durumu yaxşılaşıb Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bay­ra­movun vəziyyəti yaxşılaşıb.
Qarabağ
22 İyul , 2019 13:42
DSX: Ermənilərin yaraladığı əsgərin durumu yaxşılaşıb

"Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ceyhun Bay­ra­movun vəziyyəti yaxşılaşıb".

Bunu "Report"a açıqlamasında DSX-nin Mətbuat xidmətinin baş zabiti Rövşən Cahangirov deyib.

O bildirib ki, əsgər C.Bayramovun müalicəsi DSX-nin hospitalında davam etdirilir: "Yaralı əsgərin vəziyyəti artıq yaxşılaşıb, sağalmağa doğru gedir. Hər şey qaydasındadır. Həkim komissiyası qərar verdikdən sonra hospitaldan evə buraxılacaq. Hazırda müalicəsi davam edir".

Qeyd edək ki, iyulun 18-də Ermə­nistan silahlı qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub. Düşmən Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini atəşə tutub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb.

DSX rəisi, general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib. 

Son xəbərlər

Orphus sistemi