Dövlət Dumasının deputatı: "Dağlıq Qarabağ problemini gələcək nəsillərə ötürməyə haqqımız yoxdur"

Dövlət Dumasının deputatı: "Dağlıq Qarabağ problemini gələcək nəsillərə ötürməyə haqqımız yoxdur" Slutski: "Rusiya ATƏT-in Minsk qrupunun formatını hələ də rasional və səmərəli hesab edir"
Qarabağ
11 May , 2016 11:46
Dövlət Dumasının deputatı: Dağlıq Qarabağ problemini gələcək nəsillərə ötürməyə haqqımız yoxdur
Leonid Slutskiy

Bakı. 11 may. REPORT.AZ/ "Rusiya ATƏT-in Minsk qrupunun formatını hələ də rasional və səmərəli hesab edir".

"Report" "Vestnik Kafkaza"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski deyib.

"Dağlıq Qarabağ - çox incə məsələdir. Bu, qanlı münaqişədir və müvafiq təcrübəyə və mandata malik olmayanların bura müdaxilə etməsi lazım deyil. Hər birimiz anlayırıq ki, bu qanlı problemi gələcək nəsillərə ötürməyə haqqımız yoxdur. Problem bizim nəslin həyatda olduğu dönəmdə həllini tapmalıdır", - deyə L.Slutski bildirib.

O vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun formatını hələ də rasional və səmərəli hesab edir. Deputat artıq razılaşdırılmasından 7 il keçən Madrid prinsiplərinin hələ də yerinə yetirmədiyinə görə təəssüfləndiyini bildirib.

Son xəbərlər

Orphus sistemi