Avropa İttifaqı Şurasının prezidenti: "Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər"

Avropa İttifaqı Şurasının prezidenti: "Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər" “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər”.
Qarabağ
9 İyul , 2019 14:54
Avropa İttifaqı Şurasının prezidenti: Qarabağ münaqişəsi yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur, yalnız beynəlxalq hüququn prinsiplərinə uyğun siyasi yolla həll oluna bilər”.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfəri çərçivəsində deyib.

“Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının başlıca prinsiplərinə əsaslanan ədalətli və dayanıqlı çözümə yönələn səylərini hərtərəfli dəstəkləməkdə davam edir”, - D.Tusk qeyd edib.

“Bütövlüklə gərginliyin səngiməsindən razıyıq, amma təmas xəttindəki son ölümlərdən həmsədrlər kimi biz də narahatlıq keçiririk. Sülhə yol açan, səmərəli danışıqlar üçün zəmin yaradan ab-havanın bərpası ilə yanaşı, təmkinli olmaq da mühümdür. Avropa İttifaqı da sülhün bərqərar olunmasına dair addımları dəstəkləyərək əhalini barışığa hazırlamaqla bağlı konkret tədbirlərə dəstək verməyə hazırdır”, - Avropa İttfaqı Şurasının rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi