Dnepropetrovskda Xocalı soyqırımı anılıb

Dnepropetrovskda Xocalı soyqırımı anılıb Tədbirdə tarixi həqiqətləri bilməyin vacib olduğu qeyd edilib
Qarabağ
26 Fevral , 2016 19:30
Dnepropetrovskda Xocalı soyqırımı anılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Ukraynanın Dnepropetrovsk şəhərində "Menora" biznes-mədəniyyət mərkəzində Xocalı soyqırımına həsr edilən anım gecəsi keçirilib. Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Azərbaycan-Ukrayna Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri, deputatlar, tarixçilər, şəhər meriyası və ictimai təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Ukrayna Gənclər İttifaqının rəhbəri Zəminə Bayramova 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalıda baş vermiş qətliamdan bəhs edib və bildirib ki, Xocalı soyqırımı XX əsrdə ən qəddarlıqla törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Təşkilat sədri bu qətliamın soyqırım aktı kimi tanınmasına nail olmağın qarşıda duran əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

Tədbirdə tarixi həqiqətləri bilməyin vacib olduğu qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi