Dmitri Peskov: "Ümid edirik ki, Vyana görüşü ehtiyatlı nikbinlik üçün əsas verir"

Dmitri Peskov: "Ümid edirik ki, Vyana görüşü ehtiyatlı nikbinlik üçün əsas verir" Rusiya prezidentinin mətbuat katibi: "Bu, davamlı atəşkəsin yaranmasına imkan verəcək"
Qarabağ
17 May , 2016 14:43
Dmitri Peskov: Ümid edirik ki, Vyana görüşü ehtiyatlı nikbinlik üçün əsas verir

Bakı. 17 may. REPORT.AZ/ "Biz ümidvar olmaq istəyirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ehtiyatlı nikbinlik üçün əsas verir. Bu, davamlı atəşkəsin yaranmasına imkan verəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın Vyanada keçirilən görüşünə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Rusiyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərini artırıb.

Son xəbərlər

Orphus sistemi