ABŞ-ın vasitəçiliyi - deputatlar Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşündən nə gözləyirlər? - ŞƏRH

ABŞ-ın vasitəçiliyi - deputatlar Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşündən nə gözləyirlər? - ŞƏRH “ABŞ paytaxtı Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşə cəbhə xəttində son günlər baş verən hadisələr fonunda qiymət versək, deyə bilərik ki, bu görüş nikbin nəsə vəd etmir”.
Qarabağ
19 İyun , 2019 17:14
ABŞ-ın vasitəçiliyi - deputatlar Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşündən nə gözləyirlər? - ŞƏRH

“ABŞ paytaxtı Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşə cəbhə xəttində son günlər baş verən hadisələr fonunda qiymət versək, deyə bilərik ki, bu görüş nikbin nəsə vəd etmir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O xatırladıb ki, son günlər Ermənistan silahlı qüvvələri cəbhə xəttində təxribatlar törədir: “Bu təxribatlar nəticəsində Azərbaycan 2 şəhid verib. Ermənistanın müdafiə naziri David Tonayan Azərbaycan əsgərini hədəfə alan erməni hərbçisini mükafatlandırdı. Ermənilərin cəbhə xəttində törətdiyi təxribatlar fonunda belə bir görüş keçilir. Belə olan halda, görüşün nəticələrinə dair pozitiv mövqe ifadə etmək imkanları xeyli dərəcədə məhdudlaşır”.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın təxribatlarına qiymət verməlidirlər".

Elman Nəsirov

Deputat Elman Nəsirov

Deputat qeyd edib ki, Ermənistandakı hakim rejim ilə “Qarabağ klanı” arasındakı ziddiyyətlər pik nöqtədədir, tərəflər bir-birlərini dövlətə xəyanətdə ittiham edirlər: “Ermənistanın sabiq prezidentləri - Serj Sarkisyan və Robert Koçaryan baş nazir Nikol Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin həllində ölkənin mənafeyinə zidd güzəştlərə getməkdə ittiham edirlər, ona açıq-aşkar xəyanətkar deyirlər. Onlar “Qarabağ kartı”ndan bir-birlərinə qarşı istifadə edirlər. Ermənistanın indiki hakimiyyətindən Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə, eyni zamanda keçiriləcək Vaşinqton danışıqlarında konstruktiv mövqe gözləmək olduqca çətindir. Amma ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın təxribatlarına qiymət verməlidirlər. Hadisə ən mürəkkəb ssenarilər üzrə inkişaf edə bilər. Heç kəs təminat verə bilməz ki, hərbi əməliyyatlar yenidən başlamayacaq”.

Parlamentin üzvü Nəsib Məhəməliyev də görüşdən müsbət nəticə gözləmədiyini bildirib: “Görüşlə bağlı optimist deyiləm. Ona görə ki, Ermənistanda siyasi hakimyyət dəyişəndən sonra da proseslər dəyişməz qaldı. Onlar konstruktiv dialoqa hazır olmadıqlarını sübut etdilər. Ermənilər mövcud reallıqları başa düşməlidirlər. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Düşünürəm, bu görüş Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyi azalda bilər, amma, ümumilikdə, prosesə təsiri olmayacaq. Bütün hallarda görüşlərin keçirilməsini müsbət qiymətləndirirəm. Biz hər görüş zamanı mövqeyimizi sərt şəkildə ortaya qoymalıyıq. Ermənilər və onların havadarları başa düşməlidirlər ki, hər hansı ərazi güzəştindən söhbət gedə bilməz. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”.

Deputat Nəsib Məhəməliyev

“Görüşlə bağlı optimist deyiləm. Ona görə ki, Ermənistanda siyasi hakimyyət dəyişəndən sonra da proseslər dəyişməz qaldı".

Nəsib Məhəməliyev

Депутат Милли Меджлиса Насиб Махамалиев

Deputat Elman Məmmədov deyib ki, görüşün Dağlıq Qarabağ münaqişəsinə müsbət təsiri olmayacaq: “Bu görüşə tərəflər tələb və təkliflərlə gedir. Azərbaycan tərəfi olaraq, tələbimiz və təklifimiz məlumdur. Azərbaycanın torpaqları 30 ilə yaxındır ki, işğal altındadır, biz işğalçı dövlətin qoşunlarının ərazilərimizdən çıxarılmasını, ərazi bütövlüyümüzün təmin olunmasını tələb edirik. Bizim mövqeyimiz dəyişməzdir. Bu, alver predmeti deyil. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bunu bəyan edib. Təbii ki, ermənilərin də mövqeyi var. Onların mövqelərini keçmiş və indiki rəhbərləri həyasızcasına, tərbiyəsizcəsinə bəyan edirlər. Deyirlər ki, bir qarış da geri çəkilmək niyyətində deyillər, guya hansısa ölkənin torpağını işğal etməyiblər, “tarixi”, “böyük Ermənistan” torpaqlarını “azad” ediblər. Belə olan halda, görüşün, danışıqların nə nəticəsi ola bilər?! Ermənistan rəhbərliyi Azərbaycanın hər gün artan gücü qarşısında acizliklərini, zəifliklərini dərk edərək beynəlxalq qurumlara deyirlər ki, “Biz arxayınıq ki, Azərbaycanı müharibə etməyə qoymayacaqsınız...”. Ermənilər Azərbaycanın hərbi sahəyə ayırdığı vəsaiti artırmasını, ən müasir silahlar almasını, Türkiyə ilə birgə təlimlər keçirməsini qabardılar, hay-küy salırlar. Nə qədər həyasız və tərbiyəsiz olmaq lazımdır ki, Azərbaycanın ərazilərini işğal edəsən, sonra belə deyəsən... Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də ermənilərin dediyini deyir. Deyirlər ki, güc, hərbi yolla problemin həlli mümkünsüzdür. Bu, ermənilərin xeyrinədir. Ermənilər torpaqları işğal edib, oturublar, deyirlər ki, “Bizə dəyməyin...”. Həmsədr dövlətlərlə ermənilərin fikirləri üst-üstə düşür. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri 30 ildir, tutuquşu kimi bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Əgər onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, niyə işğalçını yerinə oturtmurlar? Axı işğalçı məlumdur. Niyə işğalçıya və işğala məruz qalana münasibət eyni olmalıdır. Ona görə də belə görüşlərdən müsbət nəticə gözlənilmir. Bu, yalnız vaxt uzatmaqdır və  ermənilərin xeyrinə işləyir. Azərbaycanın səbri çoxdan tükənib, ermənilərin axmaq, həyasız hərəkətlərinə dözməməliyik. Azərbaycan Ordusu düşməni darmadağın edərək ərazilərindən çıxarmalıdır. Ordumuz buna qadirdir”.

"Axı işğalçı məlumdur. Niyə işğalçıya və işğala məruz qalana münasibət eyni olmalıdır. Ona görə də belə görüşlərdən müsbət nəticə gözlənilmir".

Elman Məmmədov

Deputat Elman Məmmədov

Deputat Cavid Osmanov danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu qeyd edib: “Azərbaycan danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyir. Amma bu mümkün olmadıqda, hərbi bir yol istisna deyil. Azərbaycan tərəfinin mövqeyi konkretdir. Bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənilər işğal etdikləri torpaqdan çıxmalıdırlar, daha sonra digər məsələlərlə bağlı danışıqlar aparmaq olar. Belə görüşlərdə Azərbaycan mövqeyini bir daha ortaya qoyur. Hesab edirəm ki, haqq Azərbaycanın tərəfindədir. Ölkəmiz beynəlxalq uğurlar əldə etdikcə, Qarabağ məsələsində də mövqeyi güclənir. Təbii ki, görüş ərəfəsində cəbhədə gərginliyin olması müsbət hal deyil. Cəbhə xəttində ermənilərin törətdiyi təxribat daxildəki ziddiyyətlərlə bağlıdır”.

"Görüş ərəfəsində cəbhədə gərginliyin olması müsbət hal deyil. Cəbhə xəttində ermənilərin törətdiyi təxribat daxildəki ziddiyyətlərlə bağlıdır”.

Cavid Osmanov

Milli Məclisin deputatı &

Qeyd edək ki, iyunun 20-də Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə bir araya gələcək nazirlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.  

Son xəbərlər

Orphus sistemi