Daşaltı əməliyyatından 28 il ötür

Daşaltı əməliyyatından 28 il ötür Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 28 il ötür.
Dağlıq Qarabağ münaqişəsi
399
26 Yanvar , 2020 00:01
Daşaltı əməliyyatından 28 il ötür

Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 28 il ötür.

"Report" xatırladır ki, əməliyyat Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər.

Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

Son xəbərlər

Orphus sistemi