Yaşar Əliyev: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin əhəmiyyətini azaltmağa çalışır"

Yaşar Əliyev: "Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin əhəmiyyətini azaltmağa çalışır" BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, o cümlədən işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı əsas tələbləri hələ də yerinə yetirilməyib.
Qarabağ
13 Sentyabr , 2019 12:11
Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin əhəmiyyətini azaltmağa çalışır

"BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, o cümlədən işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı əsas tələbləri hələ də yerinə yetirilməyib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan münaqişənin həlli prosesinə mane olmaqla və status-kvonu gücləndirməyə çalışmaqla qətnamələrin əhəmiyyətini azaltmağa çalışır.

"Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsinə və Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə riayət etməsinə təkid etməlidir", - Y.Əliyev bildirib.

O bildirib ki, Ermənistan BMT Nizamnaməsinə riayət etmir, Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyi isə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən təqdim olunan sənədlərdə öz əksini tapıb.

Y.Əliyev Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistanın işğalı altında olduğunu və bunun beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi