Daha bir hərbçimiz şəhid oldu, Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı

Daha bir hərbçimiz şəhid oldu, Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən
Dağlıq Qarabağ münaqişəsi
31681
12 İyul , 2020 22:15
Daha bir hərbçimiz şəhid oldu, Müdafiə Nazirliyi şəhidlərin adlarını açıqladı

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!