Yuxarı

Dağlıq Qarabağın azərbaycanlı icması yüksək balla universitetlərə qəbul olan tələbələrlə görüş keçirib - FOTO

Dağlıq Qarabağın azərbaycanlı icması yüksək balla universitetlərə qəbu

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın idarə heyətinin təşkilatçılığı ilə Dağlıq Qarabağdan olan və bu il ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.

“Report” xəbər verir ki, görüşdə İcmanın rəhbəri Tural Gəncəliyev çıxış edərək ali məktəblərə yeni qəbul olan gənc tələbələrə uğurlar arzulayıb.

O, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağın mədəniyyəti, tarixi və keçmişi haqqında tələbələrə məlumat verib. Dağlıq Qarabağdan bəhs edən məlumatlar qısametrajlı filmlər vasitəsilə nümayiş olunub. T.Gəncəliyev Qarabağ atları və xalçaları barədə öz fikirlərini bölüşüb. İcma sədri bu gün Azərbaycanın informasiya müharibəsində mübarizə apardığını tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, sosial şəbəkələrdən aktiv istifadə informasiya müharibəsində Azərbaycanın qələbəsi deməkdir. T.Gəncəliyev tövsiyə edib ki, tələbələr sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında iştirak etsinlər.

Daha sonra tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək Azərbaycan vətəndaşlarının işğal altında olan torpaqlarımızdan didərgin düşməsindən danışıb. O bildirib ki, Ermənistan rejiminin işğalçı siyasəti nəticəsində Azərbaycanın 1 milyondan çox qaçqın və məcbur köçkünü var.

Tədbirdə “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın idarə heyətinin üzvləri çıxış ediblər.

İdarə heyətində təmsil olunan şəxslər son günlər Dağlıq Qarabağa edilən qanunsuz səfərlər, separatçı rejimin əməlləri ilə bağlı danışıblar. Onlar cinayətkar erməni rejiminin işğalçı siyasətini pislədiyini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi