Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri intihar edib

Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri intihar edib Onun meyiti qoşunların təmas xəttinə yaxın ərazidə aşkarlanıb
Qarabağ
25 Yanvar , 2017 14:58
Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri intihar edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri Şavarş Qalstyan intihar edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, qoşunların təmas xəttinə yaxın ərazidə onun meyiti aşkar edilib. Şavarş Qalstyanın çənə nahiyəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.

Xəbərdə bildirilib ki, hadisə ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi