Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində meyiti tapılan Ermənistan ordusunun əsgərinin ölümünün səbəbi məlum olub.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Artyun Xaçatryan intihar edib.
Onun hərbi xidməti başa vurmasına iki ay qalıbmış.
*** 13:03
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi naməlum şəraitdə ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 15-dən 16-na keçən gecə baş verib.
1998-ci ildə anadan olan Artyun Xaçatryanın ölümünün səbəbləri araşdırılır.