Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın regional xarici siyasət prioritetlərinə daxil edilib

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın regional xarici siyasət prioritetlərinə daxil edilib Vladimir Putin Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasını təsdiqləyib
Qarabağ
1 Dekabr , 2016 18:37
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın regional xarici siyasət prioritetlərinə daxil edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ "Rusiya post-sovet məkanında münaqişələrin siyasi və diplomatik həllinin fəal tərəfdarı kimi çıxış edir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında deyilir.

Sənəddə bildirilir ki, Rusiya mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində 2009-2013-cü illərdə Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında göstərilən prinsiplər əsasında və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. 

Son xəbərlər

Orphus sistemi