NATO baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

NATO baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" O, Ermənistan və Azərbaycanı münaqişənin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb
Qarabağ
27 Fevral , 2017 20:38
NATO baş katibi: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Bakı. 27 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur". 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarqsyanla keçirdiyi görüşdən sonra bildirib. 

O, Ermənistan və Azərbaycanı münaqişənin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb. 

"Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Hərbi həll yolu yoxdur. Biz Ermənistan və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırırıq", - deyə Y.Stoltenberq vurğulayıb. 

NATO baş katibi qeyd edib ki, rəhbərlik etdiyi qurum ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair səylərini tamamilə dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi