Bakı. 6 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün yolların axtarılmasında ATƏT-in Minsk qrupu ilə birlikdə işləməməliyik".
“Report” xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz “Lragir"in suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hakimiyyətə demokratlar və ya respublikaçıların gəlməsindən asılı olmayaraq, ABŞ Ermənistanın demokratikləşməsi və rifahı ilə bağlı səylərini davam etdirəcək: “Səfirliyimizin əsas tapşırığı yaxın aylarda ABŞ-ın yeni administrasiyasına Ermənistanın əhəmiyyəti ilə bağlı məlumatları əsaslandırıb təqdim etməkdir”.