Bakı. 11 aprel. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət və bu münaqişə zonasında gərginliyin artması ATƏT-in Parlament Assambleyasının (PA) Kopenhagendə keçirilən Büro iclasında müzakirə edilib.
"Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, assambleyanın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu gün Büro iclasının iştirakçılarına bu məsələ ilə bağlı məlumat verib.