Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub

Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada keçirilən iclasda çıxış ediblər
Qarabağ
10 Noyabr , 2017 09:24
Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub

Bakı. 10 noyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsi ATƏT Daimi Şurasının iclasında müzakirə olunub.

"Report" xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) noyabrın 9-da Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında iştirak ediblər.

Onlar Daimi Şurada danışıqlar prosesinin inkişafı və regionda mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat veriblər.

Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik və yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri, polkovnik Hants Lampaltser də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi