Daçiç: "Dondurulmuş münaqişələrin həlli Serbiyanın ATƏT-də sədrliyinin prioritet məsələsidir"

Daçiç: "Dondurulmuş münaqişələrin həlli Serbiyanın ATƏT-də sədrliyinin prioritet məsələsidir" ATƏT-in fəaliyyətdə olan sədri 2015-ci ildə dondurulmuş münaqişələrin olduğu ölkələrə səfər edəcək
Qarabağ
19 Dekabr , 2014 14:41
Daçiç: Dondurulmuş münaqişələrin həlli Serbiyanın ATƏT-də sədrliyinin prioritet məsələsidir

Bakı. 19 dekabr. REPORT.AZ/ "ATƏT-də sədrlik böyük çağırış olacaq, lakin bu Serbiyanı etibarlı ölkə kimi göstərmək üçün bir şansdır".

"Report" xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Moskvadakı mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə,  ATƏT-də sədrliyi zamanı dinc və sabit Avropa, təşkilatın məkanında mövcud olan münaqişələrin sülh yolu ilə həlli kimi məsələlər Serbiyanın prioriteti olacaq: "Serbiya dondurulmuş münaqişələrin yenidən alovlanmasının qarşısını almaq üçün əlindən gələni edəcək. Bura həm ATƏT-in Minsk qrupunun Qarabağ üzrə məsələsi, Cenevrə müzakirələri və s. daxildir. Bütün bu yerlərə səfər etmək arzusundayam. Yanvar ayının 15-də ATƏT-in Daimi Şurasının iclası keçiriləcək, bu zaman mən bütün xüsusi nümayəndələr, müxtəlif orqanların rəhbərləri ilə görüşlər keçirəcəyəm".

İ.Daçiç, həmçinin bildirib ki, ATƏT Nazirlər Şurasının növbəti iclası 2015-ci il dekabrın 2-3-də Belqradda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi