Yuxarı

Səfir: “Fransa şəhərlərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”

Conatan Lakot: "Diplomatiya bir olmalıdır"

“Fransanın ayrı-ayrı regionu və ya şəhərinin Qarabağla bağlı xüsusi diplomatiyası ola bilməz”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot aprelin 26-da Yerevanda keçirdiyi mətbuat konfransında jurnalistin “Fransanın ayrı-ayrı şəhərləri ilə Qarabağ arasında əməkdaşlıq mümkündürmü” sualına cavabında bildirib.

“Diplomatiya bir olmalı və oyun qaydalarına bir mövqedən cavab verilməlidir”, - səfir vurğulayıb.

C.Lakot deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın iştirakı həm də Ermənistan üçün vacib nailiyyətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi