ABŞ-ın Ermənistandakı səfiri: "Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür"

ABŞ-ın Ermənistandakı səfiri: "Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür" Con Heffern: "ATƏT-in Minsk qrupunun həmsədrləri sadəcə vasitəçidirlər və tərəflərə hər hansı bir qərarı zorla qəbul etdirə bilməzlər"
Dağlıq Qarabağ münaqişəsi
19 Dekabr , 2014 17:17
ABŞ-ın Ermənistandakı səfiri: Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür

Bakı. 19 dekabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkünsüzdür". "Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bildirib. 

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla deyil, yalnız sülh danışıqları yolu ilə həllinin mümkünlüyü haqqında bəyanatını təkrarlamaq məcburiyyətindəyəm", - diplomat bildirib.

O vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sadəcə vasitəçidirlər və tərəflərə hər hansı bir qərarı zorla qəbul etdirə bilməzlər.

"Ümumiyyətlə, hər şey münaqişə tərəflərinin özlərindən asılıdır", - səfir deyib. 

C.Heffern bildirib ki, ABŞ strateji region olan Cənubi Qafqazın gec-tez açıq olacağına ümid edir, rəsmi Vaşinqton isə öz növbəsində münaqişələrin həllinə və sərhədlərin açılmasına kömək etməyə hazırdır. 

Son xəbərlər

Orphus sistemi