Bakı. 5 aprel. REPORT.AZ/ Çin ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri yaranan vəziyyəti sülh danışıqları yolu ilə həll edəcək.
"Report" xəbər verir ki, bunu brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Honq Lei bildirib.
"Biz ümid edirik ki, münaqişə tərəfləri təmkinli və sakit davranacaq və hazırkı vəziyyəti sülh danışıqları yolu ilə həll edəcək", - Honq Lei qeyd edib.