Yuxarı
    Bağlamaq

    "Chatham House"un analitiki: "ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqları minimaldır"

    Stanislav Pritçin: Bu münaqişə regionun geosiyasi və investisiya risklərinə mənfi təsir göstərir
    © Report/ Elshan Baba

    Bakı. 18 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Cənubi Qafqaz regionunda kompleks geosiyasi və investisiya risklərinə mənfi təsir göstərir. Müvafiq olaraq, regionun investorlar cəlb etmək üçün kifayət qədər əlverişli şəraiti, təbii ehtiyatları, sərfəli coğrafi mövqeyi olsa da, münaqişənin mövcudluğunu nəzərə alaraq, bütün bu imkanlar aradan qalxır, çünki onun gərginləşməsi riski var".

    Bunu "Report"a Böyük Britaniya Kral Beynəlxalq Əlaqələr İnstitutunun Rusiya və Avrasiyanın tədqiqı proqramının analitiki Stanislav Pritçin deyib.

    Onun sözlərinə görə, regional təhlükəsizlik baxımından Dağlıq Qarabağ münaqişəsi uzunmüddətlidir: "Münaqişə həm iqtisadi inkişaf, həm də siyasi sabitlik baxımından həyatın bütün sahələrinə mənfi təsir göstərir."

    Analitik qeyd edib ki, Rusiya, prinsipcə elə digərləri üçün də, münaqişənin olmaması ideal olardı.

    O bildirib ki, münaqişənin həll edilməməsi tərəflərin bir-birinə dərin inamsızlığı, həmçinin hər iki tərəfin,- bəzən şüurlu şəkildə olmaqla,- qarşı tərəfdən nizamlama üzrə yüksək gözləntilərinin olması ilə bağlıdır və bu, tərəflərin yaxınlaşmasına imkan vermir.

    "Təəssüf ki, bu məsələ hələ klinç vəziyyətdədir və münaqişənin həlli üçün gərginliyin, qarşılıqlı nifrətin azaldılması, ictimaiyyəti münaqişənin həlli üçün qarşılıqlı güzəştlər edilməsinə hazırlamaq üzrə sistemli iş lazımdır", - S.Pritçin vurğlayıb. O vurğulayıb ki, ictimai rəyi qarşılıqlı güzəştlərə hazırlamaq münaqişənin həlli üçün mühüm andır.

    Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında unikaldır, belə ki, ATƏT-in Minsk qrupuna həmsədr ölkələrin - ABŞ, Fransa və Rusiyanın onunla bağlı mövqeyi üst-üstə düşür.

    "Qərbin və ya Rusiyanın hər hansı tərəfdə dayandığını deyə bilmərik. Bu məsələ ilə bağlı Qərblə Rusiya arasında xarici ziddiyyətlər yoxdur. Bəli, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqları minimaldır, bu məsələ onlar üçün prioritet deyil. Hətta 2016-cı ilin aprel hadisələri də göstərdi ki, münaqişə vəziyyəti onlar üçün oyunçuların fəallaşması baxımından açardır. Əsas danışıqlar prosesini Rusiya təşkil edirdi, özü də ATƏT-in Minsk qrupunun həmsədri kimi yox", - "Chatham House"un analitiki hesab edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi