Yuxarı

Amerikalı həmsədr Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Amerikalı həmsədr Ermənistan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Görüş Vaşınqtonda baş tutub

Bakı. 6 may. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-da səfərdə olan Ermənistan prezidenti Serj Sargsyanla görüşüb. "Report" xəbər verir ki, amerikalı həmsədr bununla bağlı özünün Tvitter səhifəsində məlumat yerləşdirib. Görüş Vaşinqtonda keçirilib.

C.Uorlikin sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi