​Ceyms Uorlik erməni əsgərin ölkəsinə geri qaytarılmasını alqışlayıb

​Ceyms Uorlik erməni əsgərin ölkəsinə geri qaytarılmasını alqışlayıb Həmsədr bu addımı Azərbaycan tərəfindən humanist jest kimi dəyərləndirib
Qarabağ
19 Noyabr , 2015 22:37
​Ceyms Uorlik erməni əsgərin ölkəsinə geri qaytarılmasını alqışlayıb

Bakı. 19 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik erməni əsgər Andranik Qriqoryanın ölkəsinə geri qaytarılmasını alqışlayıb.

“Report”un verdiyi xəbərə görə, bunu C.Uorlik öz "Twitter" səhifəsində yazıb.

Həmsədr bu addımı Azərbaycan tərəfindən humanist jest kimi dəyərləndirib.

Xatırladaq ki, bu ilin martında Azərbaycan tərəfə keçmiş erməni əsgər noyabrın 18-də qarşı tərəfə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi