Ceyms Uorlik azərbaycanlı məcburi köçkünlərlə görüşəcək

Ceyms Uorlik azərbaycanlı məcburi köçkünlərlə görüşəcək O, Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək
Qarabağ
12 İyun , 2015 09:47
Ceyms Uorlik azərbaycanlı məcburi köçkünlərlə görüşəcək

Bakı. 12 iyun. REPORT.AZ/ "Mən  birinci Avropa oyunlarının bugünkü açılış mərasimini səbirsizliklə gözləyirəm".

"Report" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. 

O qeyd edib ki, Avropa Oyunlarının açılış mərasimi çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini müzakirə edəcək.

Uorlik Bakıda erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünləri də ziyarət edəcək.

Son xəbərlər

Orphus sistemi