Ceyms Uorlik ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən gedir

Ceyms Uorlik ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən gedir O, fəaliyyətini Rusiyanın hüquq firmasında davam etdirəcək
Qarabağ
21 Noyabr , 2016 15:00
Ceyms Uorlik ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən gedir

Bakı. 21 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik tutduğu vəzifədən gedir.

“Report” xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

O bildirib ki, həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır: “Fəxr edirəm ki, Dövlət Departamentində 30 il xidmət etmişəm.”

Həmsədrin yazdığına görə, o, fəaliyyətini Rusiyanın “Yeqorov, Puqinski, Afanasyev və tərəfdarları” adlı tanınmış hüquq firmasında davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi